Qidaların rənginə görə faydaları – Vacib məlumat

  • 11 May, 2019
  • 17854 Baxış
Qidaların rənginə görə faydaları – Vacib məlumat
 
 
Qidaların rənglərinə görə sağlamlığa faydaları fərqlidir. Təbiətdə var olan bütün meyvə tərəvəz rəngarəngliyinə görə göz oxşayır. Hər meyvə və tərəvəzdə rəng piqmentləri müxtəlifdir. Bəs rənglərinə görə göz qamaşdıran qidaların təsirləri nələrdir?
 
 
Medicina.az təfərrüatları oxucuları ilə bölüşür.
 
 
Ağ rəngli qidalar
 
 
Ağ rəngli qidalar immunitet sistemini gücləndirir. Bununla yanaşı xolesterolu və qan şəkərini salır, ürək xəstəlikləri riskini azaldırlar. Sarımsaq, soğan, ağ turp, göbələk və gül kələmi ağ rəngli qidalar sayılır.
 
Yaşıl rəngli qidalar
 
 
Yaşıl meyvə və tərəvəzlərin tərkibində fitokimyasal maddələr var. Xüsusilə bəzi xərçəng risklərinin azaldılmasında, göz sağlamlığında, əzələ və sümüklərin yenilənməsində və sağlam dişlərdə rol oynayır.
Yaşıl qidalar arasında brokoli, ispanaq, kivi, yaşıl bibər, xiyar, yaşıl soğan kimi qidaları saymaq olar.
 
 
Sarı rəngli qidalar
 
 
Sağlam bir dəridə mühüm rol oynayan sarı rəngli qidalar, bununla yanaşı həzm sistemini yaxşılaşdırır və beyin funksiyalarını sürətləndirir.
Sarı qidalar arasında banan, limon, ananas, sarı bibər, qarğıdalı və kartofu saymaq olar.
 
 
Narıncı rəngli qidalar
 
 
Narıncı rəngli qidalar antioksidant baxımından çox zəngindir. Xərçəngdən qoruyur, ürək xəstəlikləri riskini azaldır, immunitet sistemini gücləndirirlər.
Narıncı qidalar arasında portağal, kök, balqabaq, şaftalını saymaq olar.
 
 
Qırmızı rəngli qidalar
 
 
Ürək sağlamlığı üçün tərkibində lazımi fitokimyasal maddə olan qırmızı yeməklər, həmçinin yaddaşı gücləndirir və iltihabın qarşını alır.
Qırmızı rəngli qidalar arasında pomidor, alma, çuğundur, qırmızı bibər, çiyələk, qırmızı soğan, qırmızı üzüm sayıla bilər.
 
 
Bənövşəyi rəngli qidalar
 
 
Bənövşəyi qidalara rəngini verən antosiyaninlər yaşlanma əleyhinə rol oynayır. Həmçinin sümük sağlamlığını inkişaf etdirir və bəzi xərçəng növlərinə yaxşı təsir edir.
Bənövşəyi qidalar arasında badımcan, bənövşəyi ərik, qaragilə, bənövşəyi kələm sayıla bilər.
 

Ayna Məmmədova
Medicina.az