74 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi, 82 yaşlı əri həyəcandan iflic oldu - 57 illik sonsuzluğa SON

  • 2019.09.06 18:03
  • 18485 Baxış
74 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi, 82 yaşlı əri həyəcandan iflic oldu -  57 illik sonsuzluğa SON

74 yaşlı Manqayamma Yaramati əkiz uşaq dünyaya gətirdikdən bir gün sonra aldığı xəbərdən dəhşətə gəlib. 

 

Belə ki, uşaqların atası 82 yaşlı Sitarama insult olaraq iflic keçirib və reanimasiyadadır. 

 

Medicina.az xəbər verir ki, 57 ildir uşaq həsrəti ilə yaşayan, bütün cəhdləri uğursuz olan və nəhayət bu yaşda süni mayalanma ilə hamilə qalan qadın əkiz qız uşaqları dünyaya gətirib. 



Hindistanının Andxra-Pradeş ştatında EKM (ekstrakorporal mayalanma) baş verən  bu olay dünyanı şoka salıb. 


Xəstəxananın direktoru bildirib ki,  Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır. Ancaq ana son bir neçə saatlıq stressdən çıxması üçün intensiv terapiya bölməsinə göndərilib.


Manqayamma uşaqları üçün südü donor bankından alacaq.