“Ağac adam” normal həyata döndü – 16 əməliyyatdan sonra

  • 2019.07.18 20:09
  • 8224 Baxış
“Ağac adam” normal həyata döndü –  16 əməliyyatdan sonra
Banqladeşli Abul Bacandar nadir xəstəlik olan epidermodisplaziyadan əziyyət çəkir. Anadangəlmə olaraq papilomma virusunun bədəndə çox sayda və nəhəng çıxması ilə xarakterizə olunur. Nəticədə xəstənin əl-ayaqlarında iri ət törəmələr, sanki ağac budaqları çıxır. Bu adamları ağac adamlar da adlandırırlar.


Medicina.az xəbər verir ki, Abulda xəstəlik 10 yaşında olarkən başlayıb. Tədricən vəziyyəti pisləşib, əl-ayağında törəmələr artıb, nə məktəbə, nə işə gedə bilməyib. Artıq gənc əlində qaşıq belə tutmaz hala gəlmişdi. 


Həkimlər onun xilası üçün çoxsaylı əməliyyatlar lazım olduğunu bildirmişdi. İlk əməliyyat 2016-cı ildə keçirilib. 1 il yarım xəstəxanada yatan Abulun üzərində 16 əməliyyat aparılıb. Onun əl-ayağından ümumilikdə 5 kq törəmə papillom çıxarılıb.

 

İndi o ayaqları və əlləri ilə iş görə bilir. Həkimlər ümid edir ki, ziyillər bir daha çıxmayacaq. İndi gənc qızını rahat qucaqlayıb, işə gedəcəyi üçün çox xoşbəxtdir.

 

“Ağac adam” normal həyata döndü –  16 əməliyyatdan sonra