Hamilə qadının stres keçirməsi doğulacaq oğlan uşağında spermanı zəiflədir - ALİMLƏR

  • 31 May, 2019
  • 6914 Baxış
Hamilə qadının stres keçirməsi doğulacaq oğlan uşağında spermanı zəiflədir  -  ALİMLƏR
Hamilə qadının güclü və davamlı stress keçirməsi doğulacaq uşaq oğlan olarsa  onun sperma keyfiyyəti zəif olacaq. Bunu Avstraliya Universitetinin alimləri öz elmi araşdırmalarının nəticəsi olaraq elan edib.

Medicina.az xəbər verir ki,  eksperimentdə 643 nəfər 20 yaşlı gənc oğlanın sperma göstəriciləri araşdırılıb. 

20 il əvvəl bu gənclərin anaları hələ hamilə ikən xüsusi sorğudan keçirilərək, hamiləlik dövründə nə qədər və hansı səbəbdən stresə məruz qaldıqlarını qeydə alınıb. Qadınlarda stress yaradan səbəblər boşanma, ayrılıq, itki, maddi problemlər və s. idi.

Nəticədə məlum olub ki, 63% qadın hamiləliyin ilk 20 həftəsində ən azı 2 dəfə güclü stress keçirmişdi. 
Daha sonra onların uşaqlarının  analizi göstərib ki, stresə 2-3 dəfə məruz qalmış qadınların dünyaya gətirdiyi oğlan uşaqlarında  spermatozoidlərin sayı 37%, sayı 12%, qanda testosteron isə 11% az olur. 

Bir sözlə, alimlər xəbərdarlıq edir ki, hamiləliyin erkən həftələrində stresə məruz qalmaq gələcək uşaqda reproduktiv-cinsi sistemə ömür boyu problemlər yaşadır.  Hətta bu oğlanlar gələcəkdə sonsuz və impotent də ola bilər.