Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib - Təcili Bakıya gətirildi

  • 2019.10.14 10:16
  • 3043 Baxış
Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib -  Təcili Bakıya gətirildi

Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi.



Medicina.az trendə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.



Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır:



"Hazırda tibbi heyət problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir".