“Şamaxinka”da ustanı "tok" vurdu - Təcili tibbi yardım tapılmır - FOTO

  • 2021.08.25 16:59
  • 2704 Baxış
“Şamaxinka”da ustanı "tok" vurdu -  Təcili tibbi yardım tapılmır - FOTO
Bakının “Şamaxinka” deyilən ərazisində, Moskva prospektində bədbəxt hadisə baş verib.

Medicina.az xəbər verir ki, həmin ərazidə yerləşən binalardan birinin fasadının təmir işləri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub.

Şahidlərin verdiyi məlumata görə, o, 1 saatdan sonra keçinib:

“Qonşular Təcili tibbi yardım çağırdılar, amma 1 saatdan çox vaxt ötdü, gəlib çıxmadılar. Nəticədə usta vəfat etdi. 103 hələ COVID olub-olmadığın soruşur, deyirik ki, “tok” vurub. Yenə də soruşur, koronadır? Deməli, bunlara ancaq korona xəstələri maraqlıdır. Mərhum usta da yeni ailə qurubmuş, evində körpə uşaq var imiş”.