Santa yeni ilə hazırlaşır: Vaksin olunmağa gəldi

  • 2021.08.02 10:16
  • 2625 Baxış
Santa yeni ilə hazırlaşır:  Vaksin olunmağa gəldi

Finlandiyada vaksinasiya məntəqəsini iki məşhur sima ziyarət edib.

Medicina.az xəbər verir ki, onlardan biri Santa-Klaus, digəri isə ölkədə tanınmış musiqiçi Lordi olub.

Bu barədə Santanın yaşadığı Rovaniyemi şəhər meriyası özünün sosial şəbəkə səhifəsində məlumat yayıb.

Uşaqların sevimlisinin peyvənd olunub-olunmaması dəqiq bildirilməyib. 2006-cı ildə "Avroviziya"nın qalibi olmuş musiqiçinin vaksinasiya olunduğu isə fotolardan anlaşılıb.