Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saralmış tavanı ağappaq edir - Ustaların sirri

  • 2025.05.13 12:04
  • 148 Baxış
Saralmış tavanı ağappaq edir -  Ustaların sirri

Hamam və mətbəx kimi rütubətli mühitlərdə zamanla divarlarda su ləkələri əmələ gələ bilər. Mütəxəssislər bu ləkələrdən qurtulmağın təbii üsullarını paylaşıblar.

Medicina.az xəbər verir ki, divarlardakı su ləkələrinin müxtəlif səbəbləri ola bilər. Bunun əsas səbəbləri arasında damın zədələnməsi, santexnika sızması, tıxanmış kanallar və havalandırma daxildir.

Su ləkələrinin mənbəyi santexnika ilə əlaqədardırsa, mütəxəssislər problemi daha ətraflı araşdırmaq üçün peşəkar bir santexnika çağırmağı məsləhət görürlər.



TAVANI AĞARDAN ÜSUL

Su ləkəsinin yeni olduğu hallarda mütəxəssislər əvvəlcə ventilyasiya prosesini həyata keçirməyi məsləhət görürlər. Sonra sirkə məhlulu ilə təmizləməyə başlaya bilərsiniz:

Bir sprey şüşəsində ağ sirkə və suyu qarışdırın. Bu qarışım ləkələri həll etməkdə təsirli olacaq.

Qarışımı çox islatmadan ləkələnmiş yerə səpin.

Sirkənin ləkəyə təsir etməsi üçün 10-15 dəqiqə gözləyin. Bu müddət ərzində sirkə su ləkəsinin həlledici təsirini artıracaq.

Ləkəni təmiz süngər və ya parça ilə yumşaq bir şəkildə silin.

Ləkə hələ də tamamilə çıxarılmayıbsa, prosesi bir neçə dəfə təkrarlayın.

Sirkə məhlulunu təmiz su səpərək yuyun.

Nəhayət, başqa bir təmiz parça və ya süngərlə qurudun. Beləliklə, suyun divara daha çox zərər verməsinin qarşısını ala bilərsiniz.

Aygün
Medicina.az