Sarı və yaşıl kabaçki eyni bitki növünə aid olsa da, dadı və bişirmə xüsusiyyətləri ilə fərqlənir.
Medicina.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, sarı kabaçkinin dadı daha yumşaq, qabığı isə daha nazikdir. Bu səbəbdən salat və çiy yeməklərdə istifadə üçün daha əlverişlidir.
Yaşıl kabaçki isə daha ifadəli tərəvəz dadına malikdir və ratatuy, şorba, güvəç kimi uzun müddət bişən yeməklər üçün daha uyğundur.
Hər iki növün kiçik ölçülü, bərk, qabığı hamar və ləkəsiz olanlarını seçmək məsləhətdir. 20 sm-dən kiçik kabaçkilər daha yumşaq və az toxumlu olur.
Kabaçkinin qabığını soymaq vacib deyil. Qısa müddət bişirmək isə tərkibindəki faydalı maddələrin daha yaxşı qorunmasına kömək edir.
Xanım,
Medicina.az