“Yastığımın altına sarımsaq qoysam, necə yatacağam” deyə düşünməyin... Nəticələr bunu sınayanlar üçün həqiqətən təəccüblüdür. Sarımsağın qoxusu yuxu keyfiyyəti üçün əhəmiyyətli faydalar təqdim edir.
Medicina.az xəbər verir ki, sarımsaq vazkeçilməz kulinariya ləzzəti olmaqla yanaşı, həm də əsrlər boyu müalicəvi qaynaq kimi tanınır.
Antibakterial, antiviral və antifungal xüsusiyyətləri, immuniteti gücləndirən təsiri dəfələrlə elmi şəkildə sübut edilib.
Tərkibindəki allisin sayəsində güclü mikrob əleyhinə təsirə malikdir. Həmçinin qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır, ürək sağlamlığını dəstəkləyir və iltihabı azaldır.
Bütün bu faydaları ilə sarımsaq təkcə yeməkdə deyil, təbii müalicə üsullarında da mühüm yer tutur.
Son zamanlar sarımsaqdan istifadə etməyin çox fərqli bir üsulu dəbdədir: onu yastığın altına qoymaq...
İlk baxışdan qəribə görünsə də, yastığının altına bir diş sarımsaq qoymaq bəzi insanlar üçün yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Gecə boyu havada yayılan sarımsaq qoxusunun sakitləşdirici təsiri sinir sistemini sakitləşdirir, daha dərin yuxunu asanlaşdırır.
Bu üsul xüsusilə stress, baş ağrısı və ya burun tıxanıqlığı yaşayanlar üçün əla nəticələr verib.
Bundan əlavə, sarımsağın təbii aroması bir çox insanın düşündüyü qədər qıcıqlandırıcı deyil. Əksinə, təbii "aroma terapiyası" kimi çıxış edərək, rahatlamağa kömək edir.
Aygün
Medicina.az