Saturasiya haqqında hər şey - Evdə necə yoxlayaq?

  • 2020.12.17 16:47
  • 17364 Baxış
Saturasiya haqqında hər şey -  Evdə necə yoxlayaq?


Saturasiya sözünü son illərə kimi ancaq həkimlər bilirdisə, indi artıq bütün insanlar koronavirus qorxusundan bu sözü öyrənib. Bəziləri onu ağciyərlərlə əlaqələndirir. Amma saturasiya təkcə koronavirusla bağlı deyil. O istənilən ağır xəstəliklərdə düşə bilər.


Medicina.az xəbər verir ki, saturasiya – qanın oksigen ilə doymasıdır.


Biz hər nəfəs aldıqda ağciyərlər ilk növbədə oksigen dozasını alır, sonra onu paylaşdırıb, hüceyrələrə çatdırır. Ona görə qana nə qədər oksigen keçdiyi saturasiyanı ölçməklə bilmək olacaq.

Saturasiya normada 96-99 arası olmalıdır.

Hansı xəstəlik və problemlərdə insanın saturasiyası aşağı düşə bilər?

- Artıq çəkili, piyli insanlarda əksər hallarda 95-96 olur
- Anemiya, qanazlığı
- Təzyiqi olanlarda

- Ürək-damar xəstəliklərində
- Siqaret çəkənlər
- Ağciyər xəstəliklərində

- Əməliyyatdan sonra
- Ağır travmalarda
- Beyin qan dövranı pozulmasında
- İnsultlarda

- Koronavirus və digər infeksiyalarda
- Pnevmoniyada

Qanda saturasiyanı nəzarətdə saxlamaqla xəstəliyin gedişatını və ağciyərlərdə nə qədər fəsad verdiyini görmək olar. Saturasiyanın aşağı düşməsi KT göstərişdir.


Təhlükəli hədd

Əgər qanda saturasiya 93-dən aşağı düşübsə, bu artıq xəstəxanaya getmək üçün əsasdır.
Əgər saturasiya 80-dən aşağı göstərirsə, xəstə İBL, tənəffüs aparatına qoşulmalıdır.

XƏstəni uzun müddət aşağı saturasiya ilə evdə saxlamaq olmaz, bu hipoksiya yaradır, beyin və ürək toxumasını qansız qoyur.

Çox siqaret çəkən insanlarda nomalda saturasiya 92 ola bilir.
Əgər saturasiya 94 göstərirsə, oksigen aclığı yaşamamaq üçün tədbirlər görməlidir.

Hipoksemik koma artıq saturasiya 60-dan aşağı düşəndə baş verir və xəstə həyatını itirir.

Saturasiyanı xəstəxanada, reanimasiyada xüsusi ekranlı cihazda mütəmadi yoxlayırlar. Digər hallarda və evdə barmağa taxılan pulsoksimetr adlı portativ cihazla ölçülür.

Pandemiya dövründə bu kiçik cihaz çox köməyə yetdi və artıq insanlar onu almağa başlayıb.

Aparat ya barmağa, ya da qulaq ucuna taxılır. Burda həm saturasiya, həm də ürək nəbzi göstərilir. Qadınlarda dırnaqda boya, şellak və ya süni dırnaq olduqda ölçmə düzgün olmur.



Bəs bu cihaz olmadıqda, saturasiyanı təxmini necə bilməli:

- Birinci metod: tənəffüs hərəkətlərini saymaqdır. Bir dəfə nəfəs alıb vermək 1 hesab olunur. Əgər dəqiqədə 14-20 arası tənəffüs olursa, saturasiya normaldır. Saturasiya düşəndə insanda təngməfəslik yaranır və tənəffüs sayı 22-ni keçir

- İkinci metod: Dərindən nəfəs alın. Nəfəsinizi burnunuzu sıxıb saxlayın. Əvvəlcədən telefonda saniyəölçəni qurun. Əgər nəfəsinizi 25-30-35 saniyə saxlaya bilsəz, deməli, saturasiya 96-99-dur.

- Əgər 10-15 saniyə saxlasaz, deməli, 95-96-dır.
- Əgər 10-a qədər güclə dözsəniz, o zaman saturasiya 90-a düşüb.

Bəzi yeni smart saatlarda və Apple saatlarında saturasiyanı ölçmə imkanları var və ekranda görünür.


Aygün Musayeva