Saxta peyvənd kartından istifadə edənlərə XƏBƏRDARLIQ

  • 2021.05.10 13:27
  • 1389 Baxış
Saxta peyvənd kartından istifadə edənlərə  XƏBƏRDARLIQ
Almaniyanın ədliyyə naziri Kristin Lambreçt peyvənd kartları (yaxud pasport) ilə bağlı saxtakarlıq edənlərə xəbərdarlıq edib.

Bakupost.az-ın məlumatına görə, nazir bildirib ki, burada dələduzluq edənlər insanları riskə məruz qoyur və effektiv mübarizənin qarşısını alır.

“Bu, önəmsiz cinayət deyil. Cərimə, yaxud həbs cəzası ilə nəticələnə bilər”, - deyə Lambreçt bildirib.

Qeyd edək ki, Almaniyada koronavirusa qarşı tam peyvəndlənən insanlar üçün müəyyən məhdudiyyətlər aradan qaldırılıb.