Səhər yeməyində kifayət qədər protein qəbul etməmək gün ərzində, xüsusilə də səhər saatlarında daha tez aclıq hissinin yaranmasına səbəb ola bilər. Mütəxəssislər proteinlə zəngin səhər yeməyinin toxluq hissini artırdığını, əzələ kütləsinin qorunmasına və immun sisteminin dəstəklənməsinə kömək etdiyini bildirirlər.
Medicina.az xəbər verir ki, dietoloq Gillean Barkyoumb protein tozları və qida əlavələrindən istifadə etmədən səhər yeməyinə əlavə protein daxil etməyin bir neçə yolunu açıqlayıb. Onun tövsiyələri arasında çətənə toxumu, kəsmik pendiri, yunan yoqurtu və yumurta yer alır.
Mütəxəssisə görə, təxminən 3 xörək qaşığı çətənə toxumu 10 qram, bir porsiya yunan yoqurtu isə təxminən 15 qram protein təmin edə bilər. Bir ədəd yumurtada orta hesabla 6 qram protein var.
Fransanın Qida, Ətraf Mühit və Əməyin Təhlükəsizliyi üzrə Milli Agentliyinin (Anses) məlumatına görə, 60 yaşdan aşağı böyüklər gündə hər kiloqram bədən çəkisinə 0,83–2,2 qram protein qəbul etməlidirlər.
Xanım,
Medicina.az