Daimi səhər yorğunluğu heç də həmişə pis yatmağın nəticəsi deyil.
“Medicina” xəbər verir ki, həkim Olqa Ulankina bəsit bir səbəbi açıqlayıb.
Bu simptom vitamin çatışmazlığını göstərə bilər. Xüsusilə, D və B12 vitaminlərinin, həmçinin dəmir və ferritinin səviyyəsi mütləq yoxlanılmalıdır.
"Bundan əlavə, tez-tez yuxululuğa xroniki xəstəliklər səbəb ola bilər.
Məsələn, qalxanabənzər vəzinin fəaliyyətinin pisləşməsi, anemiya, xroniki iltihabi proseslər, karbohidrat mübadiləsinin pozulması fonunda görünə bilər.
Həmçinin, səhər yuxululuğun səbəbi elementar yuxu pozğunluğu ola bilər - apnoe və ya xroniki stress.
Yuxu normaldırsa, lakin səhər yorğunluq varsa, həkim ümumi və biokimyəvi qan testi etməyi, TSH, D vitamini, ferritin, qlükozanı yoxlamağı tövsiyə edirəm”.
Aygün Musayeva