Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Səhhəti imkan vermir, yaş öz sözünü deyir" - Flora Kərimova haradadır?

  • 2025.05.13 09:58
  • 240 Baxış
"Səhhəti imkan vermir, yaş öz sözünü deyir" -  Flora Kərimova haradadır?

"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağdadır, hər gün təmiz havada gəzir, istirahət edir. İnternetdən xəbərləri oxuyur. Gündəlik qrafiki təxminən belədir, darıxmır. Evə bağlı adamdır”.

Medicina.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi deyib.

“Daha yeni mahnılar yazdırmır, istəmir. O, elə mahnılar oxuyub ki, bir ömür unudulmaz. İndi studiyaya gedib səs yazdırmaq üçün səhhəti imkan vermir, yaş öz sözünü deyir. Flora xanım səhnədə öz möhürünü vurub. İndi Flora xanıma istirahət lazımdır. Bu yaxınlarda qızı və nəvəsi gələcək. Nəvələri üçün çox darıxır”, - o bildirib.

Köməkçisi “Xalq artistinə sənət yoldaşları baş çəkirmi?” sualını isə belə cavablandırıb: “Bir neçə dəfə Nadir Qafarzadə zəng edib. Rövşən Civişov gəlib maraqlanır. Müğənni Züleyxa Mirismayılovanın bağı yaxınlıqdadır, o tez-tez gəlib baş çəkir”.

O, Flora Kərimovanın plastik cərrah Sevinc Heydərova ilə məhkəmə çəkişməsindən də danışıb: “Sevinc Heydərova işindən azad olundu və sertifikatı əlindən alındı. Flora xanıma da elə bu lazım idi”.