Şəhid ehsanı adı ilə şagirdlərə narkotik paylayırlar - DƏHŞƏT

  • 2022.10.04 14:18
  • 2154 Baxış
Şəhid ehsanı adı ilə şagirdlərə narkotik paylayırlar   - DƏHŞƏT


Sosial şəbəkələrdə Xətai rayonu 95 nömrəli məktəbdə şagirdlərə konfet adı ilə narkotik maddə paylanılması haqqında məlumat paylaşılıb.


Bakupost.az bildirir ki, məlumatı paylaşan valideyn iddia edib ki, dərsdən çıxan şagirdlərə məktəbin qarşısındakı naməlum şəxs konfet paylayıb. Uşaq götürmək istəmədikdə isə o, "şəhid üçün verilən ehsandır, əgər götürməsən şəhidin ruhu səndən inciyər" deyib.

Şagird konfeti evə gətirərək anasına verib. Konfeti açanda məlum olub ki, onun içərisindəki narkotik maddədir.

Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.


Aygün Musayeva