Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Şəhid olduğu deyilən idmançımız sağ imiş

  • 2020.12.15 16:25
  • 1477 Baxış
Şəhid olduğu deyilən idmançımız sağ imiş


Lənkəranın Bala Şürük kəndindən olan leytenant Vəliəhəd Vəliyevin sağ olduğu müəyyənləşib. Halbuki ötən ayın əvvəllərindən onun şəhid olduğu və ya itkin düşdüyü ehtimal edilirdi. Belə ki, bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumata görə, 22 yaşlı Vəliəhəd dünən Azərbaycana qaytarılan 12 əsir arasında olub.


Medicina.az xəbər verir ki, Əməkdar jurnalist, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyevin açıqlamasına görə, 478 idmançımız döyüşüb. Onlardan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, iki idmançımız isə itkin düşüb.

Qabil Mehdiyevin Oxu.Az-a verdiyi məlumata görə, itkin düşən idmançılar kyokuşin karate növü ilə məşğul olanlar imiş. Bunlar Vəliəhəd Vəliyev və Amil Hüseynovdur.