Şəhid polkovnikin qızı Yeni Klinikada xilas edildi

  • 2024.04.04 14:08
  • 482 Baxış
Şəhid polkovnikin qızı   Yeni Klinikada xilas edildi

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun qızı Səlbi Cəfərli Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra edilən mürəkkəb müalicə prosesindən sonra evə yazılıb.




"Medicina" xəbər verir ki, hemodializ xəstəsi olan şəhid övladının bədənində yaranan yüklənmə ürək və ağciyərlərdə ciddi miqdarda maye toplanmasına səbəb olub.

Ürək çatışmazlığı, pnevmoniya, plevral effuziya, tənəffüs çatışmazlığı, arterial hipertenziya şikayətləri ilə Uşaq reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilən xəstənin dərhal müayinə və müalicələrinə başlanılıb.

Bir aydan artıq müddətdə Uşaq reanimasiya və intensiv terapiya şöbəsinin peşəkar komandası - şöbənin müdiri uzman həkim Müşviq Ramazanov, uzman kardioloq Bəhruz Əliyev, nefroloq Taleh Nağdəliyev, uzman uşaq reanimatoloqu Anar Qurbanov, dializ tibb bacısı Naibə Qasımova tərəfindən ciddi nəzarətə götürülən Səlbi Cəfərli sağalaraq doğum günündə evə yazılıb.