Səhiyyə Menecmenti Forumu keçiriləcək - FOTO

  • 2026.09.01 14:48
  • 121 Baxış
Səhiyyə Menecmenti Forumu keçiriləcək -  FOTO

Ölkəmizdə tədbirlərin təşkili istiqamətində ixtisaslaşmış Facemark şirkəti və səhiyyə və xəstəxana idarəetməsi sahəsində fəaliyyət göstərən, bu istiqamətdə rəsmi qeydiyyatdan keçmiş ilk ixtisaslaşmış konsaltinq şirkəti olan From Science to Health şirkətləri tərəfindən təşkil olunan Səhiyyə Menecmenti Forumu 26 noyabr 2026-cı il tarixində The Ritz-Carlton otelində keçiriləcək.

Medicina.az xəbər verir ki, "İdarəetmənin Anatomiyası" konsepti altında keçiriləcək forum ölkənin səhiyyə sektorunda menecment mədəniyyətinin formalaşmasına töhfə verməyi hədəfləyir.

Forumun əsas ideyası bədəni tanımadan onu sağaltmaq mümkün olmadığı kimi, sistemi tanımadan onu idarə etmək də mümkün olmadığı üzərinə qurulub. Bu baxışdan çıxış edən təşkilatçılar həkimlərin çox zaman menecment təhsili olmadan rəhbər vəzifələrə təyin edildiyi reallığına diqqət çəkərək, iştirakçılara sistemli idarəetmə yanaşmasını mənimsətməyi qarşılarına məqsəd qoyublar.

Bir günlük forum saat 09:00-da qeydiyyatla başlayacaq və altı tematik panel ətrafında qurulacaq: idarəetmə və rəhbərlik (governance), xəstəxanaların maliyyələşdirilməsi və dayanıqlı idarəetməsi, rəqəmsallaşdırma və süni intellekt, strateji xəstəxana idarəçiliyi, səhiyyədə xanım liderlər, həmçinin həkimlərin tükənmişliyi və peşəkar rifahı mövzuları.

Günün ilk yarısında panellər 400 nəfərlik ümumi zalda keçiriləcək, günortadan sonra isə proqram iki paralel zalda davam etdiriləcək. Forum çərçivəsində, ayrı zalda, dörd istiqamətdə praktiki masterklaslar da təşkil olunacaq: Tibbdə süni intellekt alətləri, Strateji marketinq metodları, Çevik liderlik və bədən dili, həmçinin Tibbi turizm və gələcəyin səhiyyə modelləri.

Forum xəstəxana və klinika rəhbərləri, baş həkimlər, tibb menecerləri, səhiyyə sahəsində qərar qəbul edən şəxslər və sahəyə töhfə vermək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

Tədbirə bilet əldə etmək üçün maraqlananlar +994 51 316 51 18 əlaqə nömrəsi ilə əlavə məlumat ala bilər, həmçinin rəsmi vebsayta keçid edərək ətraflı məlumat əldə edə bilərlər.

Vebsayt:

Səhiyyə Menecmenti Forumu sosial mediada:
Instagram: smfbaku

Facebook: Səhiyyə Menecmenti Forumu 26
LinkedIn: Səhiyyə Menecmenti Forumu 26