Səhiyyə Nazirliyinin müavini içkili halda saxlanıldı - Peşmanam

  • 2024.01.30 17:47
  • 891 Baxış
Səhiyyə Nazirliyinin müavini içkili halda saxlanıldı  - Peşmanam

Bakıda Səhiyyə Nazirliyinin yüksəkvəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

“Qaynarinfo”nun məlumatına görə, saxlanılan şəxs X.M. 1986-cı ildə Biləsuvar şəhərində anadan olub, ali təhsillidir və Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.

Belə ki, məmur içkili halda “Mercedes-Benz” markalı avtomobillə saxlanılıb, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə nazirlik əməkdaşı protokolda göstərilən halların doğruluğunu etiraf edib. Bildirib ki, ABŞ-dən qonaqları gəldiyinə görə spirtli içki qəbul edib. X.M. həkim müayinəsinin nəticəsi ilə razılaşdığını və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilib.