"Səhiyyə sistemində islahatlar aparılacaq" - Nazir əvəzi

  • 2021.05.06 12:08
  • 1884 Baxış
"Səhiyyə sistemində islahatlar aparılacaq" -  Nazir əvəzi
"Səhiyyə sistemində islahatlar aparılacaq".

Medicina.az xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, bütün bunlarla bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, Teymur Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də T.Musayevə verilib.