Şəhriyar Məmmədyarov koronavirusa yoluxdu

  • 2020.12.18 19:29
  • 1187 Baxış
Şəhriyar Məmmədyarov koronavirusa yoluxdu

Azərbaycanlı şahmatçı ənənəvi Tata Steel şahmat turnirində iştirak etməməsinə aydınlıq gətirib.

O, koronavirusa yoluxduğu üçün təşkilatçılara bu dəfə onu başqa şahmatçı ilə əvəz etmələrini istədiyini bildirib:

“Tata Steel Şahmat Turnirində əvəz olunmamla bağlı aydınlıq gətirmək istərdim. Bir çoxlarınızın bildiyi kimi, mən bu yaxınlarda COVID-19-a yoluxmuşdum. Bir müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım.

Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm, amma buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Yerun Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim.

Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına mənə göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm.