Şəkər dərmanları yaddaş itkisinin qarşısını ala bilərmi? - Yeni araşdırma

  • 2026.07.10 13:14
  • 148 Baxış
Şəkər dərmanları yaddaş itkisinin qarşısını ala bilərmi?  - Yeni araşdırma

Yeni araşdırma göstərib ki, şəkərli diabetin müalicəsində istifadə olunan SGLT2 inhibitorları yaşlı insanlarda demensiya - insanın yaddaş, düşünmə, danışıq və gündəlik fəaliyyət qabiliyyətlərinin zamanla zəifləməsinə səbəb olan beyin pozuntusu riskini azalda bilər.

Medicina.az xəbər verir ki, araşdırma JAMA Network Open jurnalında dərc olunub.

Tədqiqatda 65 yaşdan yuxarı depressiya, bipolyar pozuntu və ya şizofreniya diaqnozu olan 112 mindən çox insanın məlumatları araşdırılıb.

Nəticələrə görə, SGLT2 inhibitorlarından istifadə edənlərdə demensiyanın inkişaf etmə ehtimalı bu dərmanlardan istifadə etməyənlərlə müqayisədə daha aşağı olub. Alimlər həmçinin bu qrupda bəzi psixi sağlamlıq problemləri ilə bağlı xəstəxanaya yerləşdirilmə hallarının da azaldığını müəyyən ediblər.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr ümidvericidir. Lakin onlar vurğulayırlar ki, SGLT2 inhibitorları hazırda demensiyanın qarşısını almaq üçün istifadə edilmir. Bu məqsədlə onların təsirini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

Xanım,
Medicina.az