Havaylı uzunömürlü kişinin 106 yaşı tamam oldu.
1968-ci ildə kişiyə diabet diaqnozu qoyulmuşdu.
Medicina.az xəbər verir ki, Ceyms Çov 106 yaşını idman zalına baş çəkməklə qeyd etmək qərarına gəlib. O, bunu demək olar ki, hər gün edir.
Ceyms Çova 1920-ci ildə Çində anadan olub. İkinci Dünya Müharibəsində Çin Hərbi Hava Qüvvələrində xidmət etdikdən sonra Maui adasına köçüb.
Ona hələ gənc yaşda diabet diaqnozu qoyulanda idman zalına getməyə başladı. O, hər gün məşq edirdi. Dediyinə görə, o, yalnız bir dəfə - Milad günündə məşqləri buraxıb. O, qaçış trenajorunda on dəqiqəlik isinmə hərəkətləri ilə başladığını bildirib. Daha sonra bütün bədənini məşq etdirmək üçün bütün trenajorlardan 45 dəqiqə istifadə edir. Ceyms Çova həmçinin tofu, düyü və digər sadə inqrediyentlər kimi qidalar da daxil olmaqla balanslı bir pəhriz saxlayır.
"İnsanlara qarşı mehriban olun, insanlar da sizə qarşı mehriban olacaqlar", - deyə o, məsləhət görür.
San Paulo Universitetinin mütəxəssisləri 110 yaşına qədər yaşayan insanların immun sisteminin gücləndiyini aşkar ediblər. Alimlər onların immun sisteminin uzun ömürlülüyə xüsusi olaraq uyğunlaşdığını fərz edirlər. Yüzillik Yaşlıların immun sistemi hüceyrələri on illər gənc insanlarla eyni sürətlə yeniləyir və təkrar emal edir. Bu, zədələnmiş zülalların və təhlükəli mutasiyaların yığılmasının qarşısını alır.
Aygün Musayeva