Şəkidə 6 yaşlı uşağı ilan sancdı

  • 2021.07.22 16:37
  • 1174 Baxış
Şəkidə 6 yaşlı uşağı ilan sancdı
Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

Medicina.az xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qoxmuq kənd sakini, 2015-ci il təvəllüdlü Həsən Rüfət oğlu Cəbiyev ilan sancması əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 6 yaşlı H. Cəbiyevi yaşadığı ünvanda ilan sancdığı məlum olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərilib. H. Cəbiyev müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.