Seksoloqdan Yeni il gecəsi üçün “mandarin masajı”

  • 2023.12.29 22:35
  • 2544 Baxış
Seksoloqdan Yeni il gecəsi üçün    “mandarin masajı”


Seksoloqlar Yeni il gecəsi intim həyatı rəngarəng etməyin qarşıdan gələn ildə cütlüklər arasında münasibətləri yeni müstəviyə çıxardığını bildirir.


Əgər yeni il gecəsindən sonra yeyib-içməkdən enerjiniz qalsa, bayram intim münasibəti üçün bu tövsiyələri edə bilərsiz.


“Medicina” xəbər verir ki, seksoloqlar məhz bayram gecəsinin ən ağlagəlməz təkliflər üçün uyğun olduğunu bildirir.

İstəsəniz ehtiraslı Şaxta baba ola bilərsiz, müxtəlif kostyumlar seçə, otağı, yatağı ən romantik tərzdə hazırlada bilərsiz.

Ailə mərkəzinin seksoloqu Valeriya Aqenskaya yeni il gecəsi ağır yeməklərdən uzaq durmağı tövsiyə edir.

“ Afrodiziak təsirli qidalar – ananas, əncir, şokolad, bal, badam, qoz, dəniz məhsulları, krevet, çiyələk seçə bilərsiz.


Yeni il gecəsi isti mandarin masajı edə bilərsiz. Bunun üçün meyvələri isti suda saxlayın. Mandarini qabıqlı şəkildə partnyorunuzun kürəyində aşağıdan yuxarı gəzdirib masaj edin. Bunun üçün bərk mandarin seçin. Daha sonra onu soyub yeyə bilərsiz”.


Aygün M