Seksual sağlamlığı artıran yağ - Hər gün 2 qaşıq

  • 2020.11.17 16:36
  • 2039 Baxış
 Seksual sağlamlığı artıran yağ  - Hər gün 2 qaşıq


Kişilərdə impotensiyada ən effektiv yağ təmiz sıxma zeytun yağı hesab edilib.

Medicina.az xəbər verir ki, Afina universitetinin alimləri yeni böyük elmi araşdırmalarının nəticəsində bu qərara gəliblər.

Alimlər hesab edir ki, gündə 2 -3 qaşıq zeytun yağı qəbul etmək kişilərə intim planda daha yaxşı təsir edir, nəinki dərmanlar.

Elmi iş 600 könüllü üzərində aparılıb. Onların rasionunda ət, kərə yağı azaldılıb, meyvə, tərəvəz və zeytun yağı daxil edilib.

Bu dietaya riayət edən kişilərdə erektil disfunksiya 40% azalıb.

Həftəyə 9 qaşıq zeytun yağı qəbul edən kişilərdə testorteron hormonun miqdarı da artıb.

Zeytun yağı cinsiyyət üzvlərində qan dövranını yaxşılaşdırır, durğunluğu götürür.