Sellülitin müalicəsi bağırsaqdan başlayır – Həkim

  • 2024.04.06 19:06
  • 485 Baxış
Sellülitin müalicəsi bağırsaqdan başlayır  – Həkim

Sellüliti masaj, idman və kremlərlə aradan qaldırmaq mümkün deyil, buna kompleks yanaşma vacibdir.


“Medicina” xəbər verir ki, nutrisoloq Natalya Alifer sellülitlə effektiv mübarizə yollarını açıqlayıb.


“Bəzi hallarda sellülit hətta normadır. İlk növbədə, problemli zonaları tapmaq lazımdır. Səbəblər isə yuxu rejiminin pozulması, qeyri-düzgün qidalanma, axşamlar məşq, ayaqüstə iş, az su qəbulu, artıq çəki, oturaq iş və s.-dir.

Belə düzgün yanaşdıqda, sellülitdən 3 aya tam qurtulmaq mümkündür.
Sellüliti olanlar ilk növbədə su dietası tutmalı, su içməyi öyrənməlidir.

Axşamlar iş, gəzmək, məşq gecələr normal yatmağa mane olur. Bu da orqanizmə stress yaşadır.


Fitnesi səhər və günortaya salın.

Qidalanmada isə zülal və lif tərkibli yeməklər seçin.
Sellülit sizin bağırsağınızın vəziyyətini göstərən güzgüdür.

Daxildən təmizlənmək vacibdir. Ağrılı aparatlar, masajlar və idmanla özünüzə əziyyət verməyin.

Bəzən bədən üçün sellülit tam norma hesab oluna bilər. O, insanı yaşı, piy toxuması, genetikasından asılıdır.

Hansı hallarda müalicə vacibdir:

- Sellülit zonalarına toxunduqda ağrı verir
- Özünə əminliyə mane olur.

- Həmin zonada distrofiya, qızartı, şişkinlik, infeksiya yaranıbsa
- Sellülit xronikləşib və çuxurlar çox dərindir”.


Aygün M.