Sərxoş kişinin dişlədiyi it ölüb – Qəribə olay

  • 2020.01.25 15:45
  • 2989 Baxış
Sərxoş kişinin dişlədiyi it ölüb –  Qəribə olay

45 yaşlı kişi yerli içki olan akpeteş içdikdən sonra bərk sərxoş olub.

Evinin həyətində küçədə olan itlərdən biri onun ayağından dişləyib qaçıb. Kişi itin arxasınca qaçaraq, onu tutmağa nail olub və itin ayağını gəmirib. Kişi sərxoşluqdan özündə olmasa da, sonradan bunu qəzəbindən cavab olaraq etdiyini bildirib.

Medicina.az xəbər verir ki, hadisə Qana şəhərində baş verib.

Kolluğa qaçan it ağrıdan bir neçə dəqiqə hürüb zingildəsə də, sonra səsi kəsilib. Qonşular və kişi itə baxdıqda onun öldüyünü görüblər, heyvanın ağzından köpük gəlib.

Yerli əhali bildirir ki, it Akpeteş adlı içkinin itin qanına keçməsindən ölüb. Qanada məşhur olan bu içki palma şərabından hazırlanır və 40-50 dərəcəyə qədər tünd olur.

Görünür bu içki heyvana toksiki təsir göstərib.