Psixologiya sübut edir ki, insan aşiq olanda beynində və duyğularında baş verən dəyişikliklər onun reallığı qəbul etmə formasını dəyişir.
Ən maraqlısı isə odur ki, insan bunu hiss etmir. Ona elə gəlir ki, hər şeyi düzgün görür, düzgün hiss edir. Halbuki kənardan baxanlar artıq çox şeyi açıq-aydın görür.
Medicina.az xəbər verir ki, sevgi zamanı beyində “xoşbəxtlik hormonları” artır. Bu hormonlar insanı yaxşı hiss etdirmək üçün işləyir, amma eyni zamanda onun tənqidi düşünmə qabiliyyətini zəiflədir.
Yəni sadə dillə desək: ???? ağıl bir az geri çəkilir, hisslər önə keçir.
Qüsurları görməmək
Sevdiyin insanın səhvlərini, davranışlarını, hətta sənə zərər verən tərəflərini belə görməməyə başlayırsan. Başqaları sənə desə də, qəbul etmək çətin olur.
Özünü ikinci plana atmaq
Sevgi bəzən o həddə çatır ki, insan öz ehtiyaclarını unudur. Qarşı tərəfin istəkləri daha önəmli görünür.
“El dili ilə desək”: özünü yox, onu yaşayırsan
3. Məntiqin zəifləməsi
Normalda qəbul etməyəcəyin davranışları sevgi zamanı qəbul edirsən. “Bəlkə düzələr”, “bəlkə dəyişər” kimi düşüncələr yaranır.
4. Asılılıq hissi
Sevdiyin insan olmadan özünü boş, natamam hiss edirsən. Bu artıq sağlam sevgidən çıxıb emosional asılılığa çevrilə bilər.
5. Qırmızı siqnalları görməmək
Hər münasibətdə xəbərdarlıq siqnalları olur. Amma sevgi bu siqnalları “görünməz” edir.
6. Həddindən artıq idealizasiya
Sevdiyin insanı olduğu kimi yox, olmaq istədiyin kimi görürsən. Reallıq yox, xəyal ön plana keçir.
7. Ayrılığı qəbul edə bilməmək
Sevgi insanı o qədər bağlayır ki, ayrılıq fikri belə qorxulu görünür. Hətta zərərli münasibətdə belə qalmaq istəyirsən.
Sevgi zamanı beyində dopamin və digər emosional kimyəvi maddələr artır. Bu isə qərarvermə və analiz edən hissələri zəiflədir. Yəni bu hal bir növ “emosional trans” kimidir.
Sevgi insanı kor etmir — sadəcə onu dəyişir. Əgər bu dəyişiklik balanslıdırsa, sevgi insanı böyüdür. Amma balans pozularsa, insan özünü itirə bilər.
Aygün Musayeva