Vaginal qaşınmanın səbəbləri -Nə etmək olar?

  • 2026.05.25 23:01
  • 209 Baxış
Vaginal qaşınmanın səbəbləri - Nə etmək olar?

Vaginal qaşınma bir çox qadının yaşadığı ümumi bir sağlamlıq problemidir.

Medicina.az xəbər verir ki, qadın sağlamlığında geniş yayılmış bir problem olan vaginal qaşınma müxtəlif səbəblərdən yarana bilər və müalicə tələb edən bir vəziyyətdir. Bu narahatlıq dəri qıcıqlanmasından və infeksiyalardan hormonal dəyişikliklərə və allergik reaksiyalara qədər geniş səbəblərə görə yarana bilər. Vaginal qaşınmanın əsas səbəblərini anlamaq və müvafiq müalicə metodlarının tətbiqi qadınların həyat keyfiyyətini yaxşılaşdırar.

SƏBƏBLƏR Vaginal qaşınmaya səbəb olan ən çox yayılmış amillər kimyəvi qıcıqlandırıcılara məruz qalma, dəri xəstəlikləri, göbələk infeksiyaları, bakterial vaginoz və vaginal quruluqdur. Xüsusilə vagina və vulva sahəsi kimyəvi maddələrə qarşı çox həssasdır və bu cür maddələrin istifadəsi allergik reaksiyalara səbəb ola bilər. Eqzema və psoriaz kimi dəri xəstəlikləri də qaşınmaya səbəb ola bilər, Candida göbələyinin həddindən artıq böyüməsindən qaynaqlanan göbələk infeksiyaları isə pis qoxulu ifrazat və qaşınma ilə özünü göstərir.

EV MÜALİCƏLƏRİ Vaginal qaşınmanın müalicəsi üçün bəzi ev üsulları mövcuddur. Çörək sodası vaginanın pH balansını tənzimləməklə göbələk infeksiyalarının qarşısını ala bilər. Probiotiklər vaginal floranın sağlamlığını dəstəkləyir və infeksiya riskini azaldır. Göbələk əleyhinə kremlər göbələk infeksiyalarına qarşı təsirlidir və qaşınma və yanma kimi simptomları yüngülləşdirir. Su əsaslı sürtkülər vaginal quruluğu aradan qaldırmağa kömək edir.

TİBBİ MÜALİCƏ VƏ DİAQNOZ Vaginal qaşınmanın diaqnozu və müalicəsi üçün həkim müayinəsi vacibdir. Vagina və vulva sahəsindəki anormallıqlar fiziki və çanaq müayinələri vasitəsilə araşdırılır. Vaginadan götürülmüş nümunələr yoluxucu agentləri müəyyən etmək üçün laboratoriyada təhlil edilər. Sidik və qan analizləri kimi tibbi testlər də qaşınmaya səbəb olan digər əsas sağlamlıq problemlərini müəyyən edər.

Aygün
Medicina.az