Şəxsiyyətimiz düşündüyümüz qədər sabit deyil

  • 2026.08.03 16:02
  • 91 Baxış
Şəxsiyyətimiz düşündüyümüz qədər sabit deyil

İnsanlar çox vaxt xarakterlərinin həyat boyu dəyişmədiyini düşünsələr də, yeni araşdırma bunun əksini göstərib.

Medicina.az xəbər verir ki, bu barədə Fransız mətbuatı yazıb.

Bildirilib ki, ABŞ, Almaniya, Avstraliya və Niderlanddan təxminən 167 min insanın məlumatlarının təhlili nəticəsində alimlər şəxsiyyət xüsusiyyətləri yeniyetməlikdən qocalığa qədər davamlı şəkildə dəyişir.

Tədqiqatda beş əsas şəxsiyyət xüsusiyyəti – ekstraversiya, uyğunlaşma, məsuliyyətlilik, nevrotiklik və yeniliyə açıqlıq araşdırılıb. Nəticələr göstərib ki, insanlar öz xarakterlərində baş verən dəyişiklikləri adətən olduğundan daha az qiymətləndirirlər.

Alimlərin fikrincə, insanın xarakteri sabit qalmır və həyat təcrübələri, yaş, sosial mühit və baş verən hadisələr şəxsiyyətin formalaşmasına təsir göstərir.

Xanım,
Medicina.az