Səyyad Əlizadənin son durumu

  • 2021.09.24 12:12
  • 979 Baxış
Səyyad Əlizadənin  son durumu
"Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində irəliləyiş yoxdur".

Medicina.az xəbər verir ki, bunu müğənninin qohumu Razim Qarayev bildirib.

Onun sözlərinə görə, sənətçinin vəziyyəti stabil ağır olaraq qalır:

“Həkimlər əllərindən gələni edir və müalicələr aparılır”.

Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və EKMO cihazına qoşulub.