Sibir buzlaqlarında yatan “zombi virus” - Yeni pandemiya yarada bilər

  • 2024.01.24 15:34
  • 920 Baxış
Sibir buzlaqlarında yatan “zombi virus”   - Yeni pandemiya yarada bilər
Alimlər sibir buzlaqlarında yatan virusların, qədim orqanizmlərin epidemiya yarada biləcəyini açıqlayıb


“Medicina” xəbər verir ki, Davos forumunda dünyaya xəbərdarlıq edilən “X xəstəlik” yeni pandemiya yarada bilər.

İndi isə alimlər yeni pandemiyanın “zombi viruslar” səbəbindən olacağını bildirir.

Bu viruslar Mafusail mikrobları ştammından yarana bilər.

Arktika və Sibir əbədi buzlaqlarında “konservləşmiş” mikroorqanizmlər qlobal istiləşvə buzlaqların əriməsi ilə oyana bilər.

“Bu ana qədər dünya cənubda alovlanıb, şimala yayılacaq infeksiyalardan narahatdır, amma təəssüf ki, şimalda alovlana biləcək təhlükəyə az diqqət yetirilir.

Orda da viruslar var, insanları yoluxdurub, epidemiyalar yarada bilər” – deyə genetik Jan Mişel Klaveri bildirib.


Onun fikrincə, bəşəriyyət buzlaqların tutub saxladığı qədim forma poliomielitə yoluxa bilər.
Əsas təhlükə qlobal istilikdir. Əbədi buzlaqların alt qatları neçə min ildir donmuş vəziyyətdədir.

Buzlaqların içi qaranlıq və oksigensizdir. Bu isə istənilən bioloji orqanizmlərin saxlanması üçün ideal şəraitdir.

Aygün Musayeva