Sibirdə koronavirusun yeni mutasiyası aşkarlandı

  • 2020.11.17 14:15
  • 1061 Baxış
Sibirdə koronavirusun yeni mutasiyası aşkarlandı

Rusiyanın Rospotrebnadzor qurumu koronavirusun yeni mutasiyasının Sibirdə qeydə alınması barədə məlumat verib.

Medicina.az xəbər verir ki, Sibirdə insanları yoluxduran virusun strukturunda dəyişikliklər aşkarlanıb.

Xüsusən Uralda tamam başqa strukturda virus dövr edir.

Öncədən də qurum Rusiyada 2 ştamm virus yayıldığını bildirmişdi.

Sibir regionunun yeni variant mutasiyası formalaşıb – Anna Popova bildirib.


Bu ilin sentyabr ayına kimi dünyada koronavirusun 1000-ə yaxın mutasiyası aşkarlanıb, onlardan 200-ü daha dayanıqlı və yoluxdurucudur.