"Siçanlardan betər olduq, uşaq dünyaya gətirməyi azaltmalıyıq" - Türkiyəli müğənnidən ŞOK

  • 2021.07.07 14:12
  • 1363 Baxış
"Siçanlardan betər olduq, uşaq dünyaya gətirməyi azaltmalıyıq" -  Türkiyəli müğənnidən ŞOK
Bodrumda keçirilən ətraf mühitlə bağlı tədbirdə çıxış edən Sərtab Erenerin işlətdiyi ifadələr hər kəsi hiddətləndirib.

Medicina.az xəbər verir ki, müğənni qadınların artıq uşaq dünyaya gətirməməli olduğunu bildirib:

"Hər gün yola çıxanda sağa-sola baxmamağa çalışıram, çünki həqiqətən çox kədərlidir. Ən böyük problemimiz isə uşaqdır. Milyardlarla insanıq. Bir az dayanaq. Artıq uşaq dünyaya gətirməməliyik, çoxalmamalıyıq. Siçanlardan betər olduq, hətta onlar belə bizdən az çoxalır".

Müğənni mövzu ilə əlaqədar söylədikləri tədbirə qatılan vətəndaşların sərt reaksiyasına səbəb olub. Onun bu çıxışı yersiz və hörmətsizlik kimi qiymətləndirilib.