Şiddətli öskürəkdən qabırğaları sındı

  • 2019.11.25 16:49
  • 2984 Baxış
Şiddətli öskürəkdən qabırğaları sındı
Çində yaşayan gənc qız öskürərkən xəstəxanalıq olub. 

 

Medicina.az xəbər verir ki, 20 yaşlı qız kəskin öskürəkdən əziyyət çəkib. O bunun üçün həkimə müraciət edib və müayinə olunub. BU zaman onda astma xəstəliyi müəyyən edilibvə ambulator müalicə təyin edilib.


Lakin buna baxmayaraq qızın öskürəyi  bərkiyib. Bir neçə gündən sonra isə qız sol döş nahiyəsndə şiddətli ağrılardan əziyyət çəkməyə başlayıb. 


Dərhal onu yenidən müayinə edib və rentgen ediblər. Məlum olub ki, qız öskürək zamanı 10 qabırğasını sındırıb. Təkrar müayinə onun sümüklərinin zəif olduğunu göstərib. Bunu "D” vitamininin və kalsinin çatışmazlığı ilə izah ediblər.


Məlum olub ki, qız dərisini ağartmaq arzusunda olub. O evdən bayıra nadir hallarda çıxıb və il ərzində günəş şüalarına qarşı kremdən istfadə edib, bu isə öz növbəsndə "D” vitamininin catışmazlığlna gətirib çıxarıb.
Şiddətli öskürəkdən qabırğaları sındı