Sidikqaçırtma problemini diaqnoz edən yeganə cihaz - Uroandrologiya Laboratoriyasında

  • 2021.04.30 15:20
  • 2783 Baxış
Sidikqaçırtma problemini diaqnoz edən yeganə cihaz -  Uroandrologiya Laboratoriyasında
Uroandrologiya Laboratoriyasında bu sahənin mütəxəssisləri tərəfindən “Sidik qaçırma” xəstəliyinin tam təşəkküllü diaqnostikası, müalicəsi və reabilitasiyası həyata keçirilir. Mərkəzimizdə uroflometriya, urodinamiya, pelvik fizioterapiya xidmətləri göstərilməkdədir.

UROdinamiya Sidik qaçırtma problemini müəyyən edən yeganə cihazdır!

Urodinamiya sidik kisəsinin funksiyalarının öyrənilməsinə deyilir. Sidik qaçırma və sidik ifraz etmə ilə bağlı (sidiyə çıxa bilməmə, damla-damla sidik ifraz etmə, ağrılı və gücənərək sidik ifraz etmə) problemləri olan insanlara icra edilir. Eyni zamanda sidik kisəsinin tutumu və genişlənə bilməsi haqqında məlumat verir. Hər yaşda, hər tip sidik qaçırma problemlərinin, məsələn, gecə qaçırma rahatsızlıqlarının diaqnoz və təqibində urodinamik incələmələr istifadə edilməkdədir. Sidik qaçırma qadınlar başda olmaqla cəmiyyətdə ciddi problemlər yaratmaqdadır. Sidik qaçırma mövzusunda səbəblərin ortaya çıxarılması üçün dünyada QIZIL STANDART TEST URODİNAMİYADIR.

Müayinəyə göstərişlər:

Qadınlarda öskürərkən sidik qaçırtma halı, sidik kisəsinin sallanması, sidiyə gedə bilməmək problemi;
Uşaqlarda Usaqlarda enurez, sidik saxlaya bilməmək, sidik qaçırtma, sidiyə gedə bilməmək,
Kişilərdə prostat, uroloji problemlər, gecələr tez-tez sidiyə getmə halları;

Uşaqlarda və böyüklərdə enurez, sidik kisəsi problemləri və xəstəlikləri, müxtəlif mənşəli sidik qaçırmalar
Uşaqlarda rast gəlinən bütün Uroloji androloji xəstəliklərin dəqiq təyini, müalicəsi.

Uroflometriya sidiyə getmənin sürətini ölçən diaqnostika üsuludur. Bu diaqnostika üsulu sidiyə getmənin müxtəlif patalogiyalarında tətbiq olunur.

Müayinəyə göstərişlər:

Sidik kanalının darlığı;
Neyrogen sidik kisəsi;
Hiperaktiv sidik kisəsi;
Sidiyi saxlaya bilməmək.

Pelvik fizioterapiya qadınlarda, kişilərdə və uşaqlarda sidik ifrazat sistemi pozğunluqları, çanaq əzələ patologiyaları zamanı yaranan xroniki ağrılarda yüksək nəticə əldə etməyə imkan verir.

Fizioterapiya müalicəsi pelvik (çanaq) əzələlərinin gücünü və dözümlülüyünü artırır. Bundan əlavə, patoloji prosesə məruz qalmış əzələlərə gücləndirici məşqləri necə düzgün yerinə yetirməyi öyrənir. Bu, nəzarətsiz sidik axınının və zəifləmiş pelvik (çanaq) əzələlərinin təsirli və uzun müddətli rahatlamasını təmin edir. Müalicə prosesi pelvik əzələlərinə lazımi tonus, güc və dözüm əldə etməyə imkan verir. Pelvik fizioterapiya ilə qeyri-ixtiyari sidik qaçırmanın qarşısını qısa müddət ərzində almaq mümkündür.