Sifilis 3 il gizli gedə bilər - İnfeksionist

  • 2023.05.25 21:42
  • 1897 Baxış
Sifilis 3 il gizli gedə bilər  - İnfeksionist
Sifilis dəri, selikli qişalar, daxili orqanlar, sümüklər və sinir sisteminə təsir edən cinsi yolla keçən infeksiyadır. Sifilis əsasən cinsi əlaqə yolu ilə ötürülür.

Lakin bəzi tibbi prosedurlar zamanı bakteriyaların qan vasitəsilə ötürülməsi mümkündür: ülgüclər, dırnaq qayçıları, diş fırçaları və s. vasitəsilə. Son mərhələlərdə xəstəlik iflicliyə, psixi pozğunluqlara və hətta ölümə səbəb ola bilər.


“Medicina” xəbər verir ki, həkim infiksionist Yelena Babayevanın sözlərinə görə, Ümümdünya Səhiyyə Təşkilatının siflislə bağlı açıqlamasında xəstəliyin yayılması səbəblərindən biri kimi sosial davranış çatışmazlığı qeyd olunur. Təşkilatın açıqlamasında işsizliyin, eləcə də qadınların bədənini satmaqla pul qazanması hallarının çox olduğu ölkələrdə siflisin yayılması yüksək qiymətləndirilir.


Xəstəliyin ilk əlamətləri şübhəli kontaktdan 3-4 həftə sonra bilinir. Əlamətlərə gəlincə, sifilis dəri səthində eroziyalı suluqların yaranması ilə başlayır. Bunlar kişilərdə penisdə, qadınlarda cinsi orqanın ətrafında, homoseksual kişilərdə isə ən çox ağız və anus ətrafında olur.


Sifilisin birinci dövr suluqları keçdikdən sonra xəstəliyin ikinci dövrü başlayır və bu 3 il davam edir. Bu dövrün əsas əlamətləri bədəndə limfa düyünlərinin şişməsi və dəridə çox sayda suluqların olmasıdır.

İkinci dövrdə suluqların artması yoluxuculuq dövrünün ən pik nöqtəsidir. Suluqlar ən çox bədənin yan və arxa hissəsində müşahidə edilir. Ağız içində olan suluqlar mukoza valları adlanır və xəstəliyin yoluxmasında böyük rol oynayırlar.

Müalicə edilmədiyi təqdirdə yaralar bütün bədənə və daxili orqanlara yayılır və müalicə çətinləşir.

Günay Quluzadə