Simptomsuz keçən pielonefritin dəhşətli fəsadı

  • 2023.05.22 16:25
  • 2761 Baxış
Simptomsuz keçən pielonefritin dəhşətli fəsadı
Pielonefrit böyrək və sidik yollarının iltihabi xəstəliyidir.

Pielonefrit I-li və II-li olur. I-li də əsas səbəb mikroblardır. II-li də anadangəlmə, irsi yaxud funksional obstruktiv uropatiyalar səbəb olur. Mikobların sidik yollarında çoxalması və iltihabi prosesin baş verməsi üçün müəyyən əlverişli şərait olmalıdır.


Südəmər uşaqlarda selikli qişanın zərifliyi, asanlıqla zədələnə bilməsi əlverişli şərait hesab olunur. Eyni zamanda orqanizmin müqavimətinin azalmasına səbəb olan qeyri-düzgün qidalanma, gigiyenaya riayət etməmək, keçirilmiş xəstəliklər və s. amillər pielonefritin inkişafına şərait yaradır.

"Medicina" xəbər verir ki, Pielonefritin əlamətləri aşağıdakılardır:

yüksək temperatur, iştahasızlıq, rəng avazıması, tənəffüs tezləşməsi, qarında, sidik yolları boyunca, böyrək nahiyəsində ağrı qeyd edilir. Qanda və sidikdə dəyişikliklər olur. Xəstəliyin kəskin forması vaxtında, düzgün müalicə olunmayanda xroniki formaya keçir.

Xroniki pielonefritin klinikası xəstəliyin mərhələsindən, gedişindən, ağırlığından asılıdır. Xəstəlik dalğavari gedərək, özünü kəskin və latent şəkildə göstərir. Xəstəlik özünü bel nahiyəsində küt ağrılar, tezyorulma, başağrıları, daimi olmayan yüngül qızdırma, iştahanın, çəkinin azalması, piuriya, proteinuriya, mikrohematuriya və s. ilə biruzə verir. Xəstəliyin latent forması illərlə uzanır və təsadüfən aşkar olunur.

Xroniki pielonefrit bir sıra ağırlaşmalar verir: urosepsis,böyrək absesi, böyrək çatışmazlığı və s.

Pielonefrit diaqnozu sidiyin ümumi, bakterioloji analizinə, böyrəyin funksional sınaqlarına, qanın ümumi və biokimyəvi tədqiqinə, rentgenoloji və instrumental müayinə metodlarına əsaslanaraq qoyulur.

Xroniki formaya keçən pielonefrit xroniki böyrək çatışmazlığına və gələcəkdə dializə müraciət edən xəstə artımına səbəb olur! Buna görə də pielonefritin müalicəsi İnteqrativ Tibb üsullarına əsaslanaraq kompleks aparılmalıdır. Müalicə kompleks şəkildə mərhələlərlə aparılmalıdır: stasionar, poliklinika, sanator müalicə.

Müalicədə düzgün rejim və qidalanmaya nəzarət edilir.

Xroniki infeksiya ocaqlarının sanasiyası aparılmalı, orqanizmin müqaviməti möhkəmləndirilməlidir. Xəstəlik zamanı süd, kəsmik, pendir, ət, kolbasa, un yeməkləri məhdudlaşdırılır. Müalicədə antibiotik terapiya mühüm yer tutur.

Müalicənin effektivliyini artırmaq, xronikləşmənin qarşısını almaq məqsədilə kompleks müalicənin tərkibində Almaniya istehsalı olan Solidago compositum və Reneel preparatı istifadə edilir.



Bu preparatlar təbii tərkiblidir, durulaşma-potensiallaşma üsulu ilə hazırlanıb, kiçik dozalardadır, buna görə heç bir əlavə təsiri və əks göstərişi yoxdur. Solidago comp+Reneel zəngin tərkibinə görə iltihabı aradan qaldırır, sidikçıxarıcı yolların selikli qişasını regenerasiya edir, E.coli və digər mikrobların yaşamasının, artıb çoxalmasının qarşısını alır. Mineralları qovmur. Beləliklə, xəstəliyin tam sağalmasına, xronikləşmənin qarşısının alınmasına və remissiyaların uzanmasına səbəb olur.


Aygün Musayeva