Şimşək çaxacaq, yağış yağacaq - Sabahın Havası

  • 2019.10.29 13:23
  • 3495 Baxış
Şimşək çaxacaq, yağış yağacaq -  Sabahın Havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi
yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi
ilə əvəz olunacaq.



Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək,
lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi
əsəcək.


Havanın temperaturu gecə 8-12, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında sabit
hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki,
bu da meteohəssas insanlar üçün əlverişlidir.