Həkimlər həmişə əsəbləşəndə xəbərdarlıq edir ki, sinir hüceyrələrini qoruyun, onlar ölsə, zəifləsə bərpa olmur.
Həqiqətənmi digər çox hüceyrələr bərpa olduğu halda, niyə sinir hüceyrələri belə zəifdir?
“Medicina” xəbər verir ki, Rassvet Klinikasının nevroloq somnoloqu İrina Qaleeva stress zamanı, o cümlədən şiddətli stress zamanı sinir hüceyrələrində geridönməz nə baş verdiyini açıqlayıb.
Yetkin sinir hüceyrələri neyronlardır, insanlarda həqiqətən bölünə bilmirlər. Buna görə mərkəzi sinir sisteminə - beyin və onurğa beyninə ziyan vurmaq demək olar ki, mümkün deyil.
Alimlər hələ də bunun səbəbini başa düşə bilmirlər. Tədqiqatçılar insanlarda və suda-quruda yaşayanlarda sinir toxumasının regenerasiyasında məsul olan müxtəlif molekulları müəyyən ediblər. Ola bilsin ki, bu, gələcəkdə insan müalicəsinə kömək edəcək.
Deməli, indiki vəziyyət belədir: əgər insan beyni zədələnirsə (məsələn, insult), zədələnmiş sahə heç vaxt bərpa olunmur. Zədələnmiş toxuma əriyərək geridə maye ilə dolu boşluq - kist buraxacaq.
Ancaq ölü hüceyrələr bərpa olunmasa da, qonşu neyronlar onların işini öhdəsinə götürə bilər.
Beyin özünü yenidən qurur və müxtəlif yollarla siqnallar göndərməyə başlayır. İnsult keçirmiş insanda daimi olaraq sağlam toxumanın yerinə kist qalsa belə, əzalarının hərəkəti və ya danışma kimi itirilmiş funksiyalar bərpa oluna bilər. Bu proses neyrooplastiklik adlanır. Beynimiz plastilin kimidir! Şəraitdən asılı olaraq müəyyən hissələrin strukturunu və həcmini dəyişdirərək həyat boyu özünü yenidən qura bilir.
Bundan əlavə, insanda yeni neyronlar əmələ gəlir. Ancaq onlar yalnız beynin müəyyən bölgələrində, məsələn, hipokampusda görünürlər.
Hipokampus beynimizdəki sinir toxumasının kiçik bir bölgəsidir.
Hipokampus xatirələrimizin və duyğularımızın formalaşmasında iştirak edir və ətrafımızda hərəkət etməyimizə kömək edir. Məlumdur ki, GPS-dən istifadə etmək qadağan edilən və nəhəng şəhərin hər küncünü əzbərləməli olan London taksi sürücülərində hipokampusun ölçüsü xeyli artır.
Hipokampusu fiziki fəaliyyətlə də gücləndirmək olar: məşq zamanı qan dövranı artır və beyin hüceyrələrinin böyüməsini stimullaşdıran xüsusi protein istehsal olunur.
Bir çox neyronlar həqiqətən əbədi olaraq itirilə bilər. Ancaq beynin bəzi nahiyələrində hələ də yeni sinir hüceyrələri əmələ gəlir. Və ən əsası odur ki, beyin bu yeni hüceyrələr olmadan da, sadəcə olaraq köhnələrinin funksiyasını yenidən qurmaqla öz funksiyasını bərpa edə bilər.
Aygün Musayeva