Yerişdə pozulma, koordinasiya və nitqdəki dəyişikliklər sinir sistemi pozğunluğunu göstərə bilər.
Medicina.az xəbər verir ki, Neyrocərrahiyyə və Tibbi Genetika kafedrasının dosenti Natalia Suvorinovanın sözlərinə görə, bu sistem bütün bədən funksiyalarını idarə edir, ona görə də onun fəaliyyətindəki pozuntular geniş təsir göstərə bilər.
"Sinir sistemindəki pozuntular müxtəlif sahələrə - hərəkətə, hissiyyata, nitqə və koordinasiyaya təsir göstərə bilər. Bəzən insan zəiflik, yöndəmsizlik, ağrı və ya əksinə, bədəndə keyləşməhiss etməyə başlayır. Bədənin adi reaksiyaları da dəyişə bilər - məsələn, yeriş qeyri-sabit olur və hərəkətlər daha az dəqiq olur".
Bu əlamətlər görünərsə, mütəxəssis xəstələri həkimə müraciət etməyə çağırıb. O, həmçinin udma çətinliyini, səs dəyişikliklərini, qıcolmaları və ya huşunu itirmə epizodlarını həyəcan verici simptomlar kimi qeyd edib. Bu, mərkəzi və ya periferik sinir sisteminin zədələnməsini göstərə bilər.
Aygün Musayeva