Sinovac peyvəndinin 4-cü fazasının nəticələri Bəlli oldu

  • 2021.07.09 13:20
  • 3309 Baxış
Sinovac peyvəndinin 4-cü fazasının nəticələri   Bəlli oldu

Çinin Sinovac şirkətinin hazırladığı Koronavac adlı vaksinin dördüncü fazasının nəticələri açıqlanıb.

Medicina.az xəbər verir ki, 10 milyon nəfəri əhatə edən araşdırma nəticələri “The New England Journal of Medicine” tibb jurnalında yayımlanıb.

Məlum olub ki, 2 doza vaksin vurduran və tam immunitet qazanan insanlarda Sinovac peyvəndinin effekti 65, 9 faizdir. Yəni Sinovac vaksini vurduranların 65,9 faiz halda Covid-19-a yoluxmur.

Bildirilib ki, vaksin virusa yoluxan insanların səhhətinin ağırlaşması qarşısını almağa qadirdir. 87,5 faiz göstəriciləri ilə vaksin xəstəxanaya yerləşdirilmə, 90,3 faiz isə reanimasiyaya düşmək riskini azaldır.

86,3 faiz isə xəstələnənlər arasında ölüm hallarının qarşısını alıb.