"Sinovac"dan vaksin açıqlaması: Uşaqlar üçün təhlükəsizdir

  • 2021.03.23 13:09
  • 1431 Baxış
"Sinovac"dan vaksin açıqlaması:  Uşaqlar üçün təhlükəsizdir
Çin firması “Sinovac” koronavirus vaksini olan “CoronaVac”ın 3 ilə 17 yaşlarındakı uşaqlar üçün təsirli və təhlükəsiz olduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, çalışmalarda 550-dən çox nümunələrdən istifadə edilib. Nəticələr görə, 3 və 17 yaş arasındakılarda vaksin təsirsiz və güvənlidir. Çalışmalarda yalnız 3 və 6 yaşındakı 2 uşaqda temperatur və digər simptomlara rast gəlinib.

Qeyd edək ki, Çin də daxil olmaqla dünyada 70 milyondan çox insana “Sinovac” peyvəndi vurulub.

ÜST bu peyvəndin təcili vəziyyətlərdə istifadəsini mart ayının sonunda təsdiqləyəcəyini açıqlamışdı.