Siqaret çəkənlər koronavirusu yayır

  • 2020.11.16 14:47
  • 1412 Baxış
Siqaret çəkənlər koronavirusu yayır

İnsanların sıx olduğu yerlərdə siqaret çəkmək virusun yayılma sürətini 4 dəfə artırır.


Siqaret çəkmə həm maskasızlıq müddətini uzadır, həm də xəstəliyin tüstü ilə yayılmasına səbəb olur. Bu səbəbdən Türkiyənin izdihamlı küçələrində və avtobus dayanacaqlarında koronavirusun yayılmasını azaltmaq üçün siqaret çəkmək qadağan edilib.

Ağciyər xəstəlikləri üzrə mütəxəssis Nesrin Öcal yoluxmuş insanın siqaret çəkərkən ətrafa yaya biləcəyi infeksiya riskini aradan qaldırmaq üçün siqareti tərgitməyin vaxtının gəldiyini bildirib.

“Ağciyər xəstəliyi olan və siqaret çəkənlərdə bu xəstəliyin daha şiddətli olduğunu görürük”, deyən N.Öcal siqaret çəkmənin immunitet sistemini zəiflətdiyi kimi, virusun ağciyərdə qalmasını da artırdığını vurğulayıb.

Odur ki, qorunmaq üçün siqaret çəkilən yerdən də 3-4 metr aralı olmalısız.