Sirkə, xüsusilə də alma sirkəsi təkcə mətbəxdə deyil, sağlamlıq araşdırmalarında da diqqət çəkir. Daimi və nəzarətli istehlak orqanizmə çoxsaylı faydalar gətirir.
Medicina.az xəbər verir ki, minlərlə illik tarixə malik sirkə həm ləzzət artırıcı, həm də ənənəvi müalicə vasitəsi kimi istifadə edilib.
Hazırkı araşdırmalar alma suyu sirkəsinin sağlamlıq faydalarını getdikcə daha çox ortaya qoyur.
Sirkə tək başına möcüzə yaratmasa da, balanslaşdırılmış qidalanma və sağlam həyat tərzi ilə birlikdə içildikdə bədənə əhəmiyyətli faydalar təmin edir.
Sirkə içməyin üç faydası...
1. Qan şəkərini tənzimləməyə kömək edir
Sirkə, xüsusilə 2-ci tip diabetli insanlarda qan şəkərini azaltmağa kömək edir.
Sirkəni yeməklə və ya yeməkdən əvvəl içmək, karbohidratların həzmini yavaşladır, şəkərin qana daha bərabər şəkildə keçməsini təmin edir.
2. Xolesterol cə yağlara müsbət təsiri var
Sirkə istehlakının ümumi xolesterin və trigliserid səviyyələrini bir qədər aşağı saldığı sübut edilmişdir.
Sirkənin bu xüsusiyyəti ürək-damar sağlamlığı üçün dəstəkləyici element kimi önə çıxır.
3. Çəkiyə nəzarət
Araşdırmalar göstərir ki, sirkə istehlakı toxluq hissini artırır, aclığı daha uzun müddət gecikdirir.
Bu, gündəlik kalori qəbulunu azalda və çəki idarə etməyə kömək edər.
Lakin bu təsirin güclü və qalıcı olması üçün onu həyat tərzi, pəhriz və fiziki fəaliyyətlə birləşdirmək vacibdir.
Xəbərdarlıq:
Sirkə yüksək asidik olduğundan, onu birbaşa və çox miqdarda istehlak etmək diş minasını zədələyə, boğaz və mədə həssaslığını artıra bilər.
Buna görə sirkə həmişə su ilə və ölçülü içilməlidir.
Yalnız həkim məsləhəti ilə qəbul edin.
Aygün
Medicina.az