Sirkədən zəhərlənən 2 nəfər öldü

  • 2026.08.11 12:05
  • 101 Baxış
Sirkədən zəhərlənən  2 nəfər öldü

Ağsuda sirkə turşusundan zəhərlənən şəxs vəfat edib.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Muradlı kəndinin ərazisində baş verib.

Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-u zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. O, avqustun 10-u orada ölüb.

Oxşar hadisə Ucar rayonunda baş verib. Avqustun 9-u saat 11 radələrində Zərdab rayon sakini 1986-cı il təvəllüdlü Vüsalə Namət qızı İmanova qardaşına məxsus Ucar şəhərindəki evdə sirkə turşusundan zəhərlənib.

Xəstəxanaya yerləşdirilmiş V.İmanova orada vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.