Şirniyyat istəyini yox edən RESEPT

  • 2024.04.15 13:30
  • 348 Baxış
Şirniyyat istəyini yox edən  RESEPT
Yaya az qalıb, amma siz hələ də arıqlamağınızın qarşısındakı ən böyük əngəl olan şəkərli, karbohidratlı qidalardan uzaq dura bilmirsiniz?

Elə isə təqdim etdiyimiz bu resept köməyinizə gələcək.

Mediicina.az xəbər verir ki, şirniyyat yeməkdən əl çəkə bilməyənlərə məsləhət görülən bu resept dietoloqların tövsiyələri əsasında hazırlanıb.

Tərkibi:

• 2 litr su

• 1 ədəd dilimlənmiş alma

• 2 ədəd çubuq darçın

• 5-6 ədəd mixək

• 2 dilim zəncəfil kökü

• 2 dilim limon

• 5-6 ədəd təzə nanə yarpağı

Bütün inqrediyentləri səhər 2 litr isti suyun içəsirinə əlavə edin. Daha sonra suyu soyuducuya qoyun. 1-2 saat sonra su hazır hala gələcək. Gün ərzində bu suyu yeməklərdən 1 saat əvvəl və 1 saat sonra 1-2 stəkan olmaqla istehlak edin.
Bu su həm iştahanızı azaldacaq, həm də şirniyyat istəyini aradan qaldıracaq.


Aysel