Sirr açıldı: uzunömürlülər hər gün bu qidaları yeyirlər

  • 2024.04.15 12:15
  • 543 Baxış
Sirr açıldı: uzunömürlülər hər gün bu qidaları yeyirlər
Son araşdırmalar bəzi bölgələrdəki insanların daha uzun ömür sürməsinin sirrinin qidalanma trəzində ola biləcəyini göstərir.

"Mavi zonalar" adlandırılan bu ərazilərdə yaşayanların qidalanma tərzi son illərdə ən çox tədqiq edilən məsələlərdən birinə çevrilib.

Medicina.az xəbər verir ki, “American Journal of Lifestyle Medicine” jurnalında dərc edilən araşdırmaya görə, “Mavi zonalar”da yaşayanların ən böyük fərqi onların bitki əsaslı qidalanmaya üstünlük vermələridir. Əti daha az yeyir, çərəzlərdən və zeytun yağından çox istifadə edirlər.

Çörəyə gəlincə, dünyanın ən uzun ömür sürən insanlarının hamısının ortaq cəhətlərindən biri də ağ çörəkdən uzaq durmalarıdır. Onlar bunun əvəzinə tam taxıllı çörəklərdən istifadə edirlər.

Sürətli qəlyanaltı və ya yüngül yemək istəyi yarandıqda karbohidratlara olan ehtiyaclarını tam buğda çörəyi ilə hazırlanmış tostla qarşılamaq onlar üçün ən yaxşı seçimlərdən biridir. Onlar tostu pendir və pomidor ilə dadlandırırlar.

Alimlərin gəldiyi son nəticəyə görə, aşağıdakı qidaları gündəlik menyuya daxil etmək sağlam və uzun ömür üçün böyük əhəmiyyət kəsb edir:

- Avokado
- Banan
- Noxud
- Qara lobya
- Qəhvə
- Yaşıl çay

Xatırladaq ki, “Mavi zona” tədqiqatları hazırda 5 bölgəni (İkariya, Sardiniya, Nikoya, Loma Linda, Okinava) əhatə edir. Buralar piylənmə, diabet, xərçəng və ürək-damar xəstəliklərindən əziyyət çəkmədən uzunömürlülük əldə etmiş şəxslərin cəmləşdiyi bölgələrdir.


Aysel